“Türkanla duet oxumağıma peşman oldum”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri meyxanaçı Aydın Sani müsahibələrinin birində deyib.
Müğənni Türkan Vəlizadə ilə iş birliyi qurduğuna görə peşman olan meyxanaçı aralarında yaşanan qalmaqaldan da söz salıb: “O, mənim üçün o qədər əhəmiyyətli bir adam idi ki… Mən onunla oxumağıma peşman oldum”.
Aparıcının “Türkanla bir də duet oxumaq istəyərsiniz” sualına isə Aydının cavabı konkret olub: “Yox, qətiyyən istəmərəm”.
Ziyafət Əlisoy
















