• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rüfət Bülent Ersoyu MƏSXƏRƏYƏ QOYDU: “Sən “Xeops”san?”

MƏDƏNİYYƏT

26 Dekabr 2023 | 14:37

Rüfət Bülent Ersoyu MƏSXƏRƏYƏ QOYDU: “Sən “Xeops”san?”

Meyxanaçı Rüfət Nasosnu Türkiyə şou biznesinin divası Bülənt Ərsoyu lağa qoyub.

Bakıvaxtı.az xəbər verir ki, “Meyxəbər” verilişində meyxanaçılar “Bülent Ersoy məzarına lift düzəltdirir” başlıqlı xəbəri oxuyublar. Onlar xəbəri oxuduqdan sonra türkiyəli sənətçini lağa qoyublar.

Rüfət Nasosunu xəbəri özünəməxsus şəkildə şərh edib: “Sən “Xeops”san? Lift yox ha, yemək-içmək də versən gəlib yerin altında səni ziyarət edən olmayacaq. Elə bil bu “Tutanhamon”du, ya kimdir?!”

Meyxanaçı Mehman Əhmədli də yumoristik yanaşma sərgiləyib: “Allah onu tezliklə niyyətinə çatdırsın. 2-3 aydan bir məzarını çəkdirib, paylaşdırır”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026