• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Qızım atasının soyadından İMTİNA ETDİ” - Sonaxanım Əliyeva

MƏDƏNİYYƏT

25 Yanvar 2024 | 14:11

“Qızım atasının soyadından İMTİNA ETDİ” - Sonaxanım Əliyeva

“Uşaqlıqdan döyüldüm, söyüldüm. Bir qız övladım var, ona yaşadıqlarımı yaşatmaram”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva deyib.

Sənətçi övladının atasının soyadından imtina etdiyini bildirib:

“Ayrılıqdan sonra qızıma atası ilə əlaqəni kəsməyə imkan vermədim. Dedim, gəlsin, görüşsün. Ad günündə çağırırdım ki, hamı görsün atan var, kimsəsiz deyilsən".

Onun sözlərinə görə, amma insanın iç üzü gec-tez ortaya çıxır:

"18 yaşında atası övladına da travma yaşatdı. Qızım qərar verdi ki, onun həyatında ata olan bir şəxs yoxdur. Günlərin bir günü gəlib mənə dedi ki, atamın soyadını daşımağa utanıram. Söylədi ki, icazə ver, onun soyadından imtina edim və sənin soyadına keçim”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026