• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Elgiz Samirəni LAĞA QOYDU: "İfritəyə oxşayırsan"

MƏDƏNİYYƏT

26 Dekabr 2023 | 11:28

Elgiz Samirəni LAĞA QOYDU: "İfritəyə oxşayırsan"

“Elgizlə izlə” verilişində maraqlı anlar yaşanıb.

Bakıvaxtı.az xəbər verir ki, meyxanaçı Samirə Yusifqızı və onun müğənni qızı Fərəh efirə fərqli obrazda gəliblər.

Bunu görən Elgizsə ana və qızının geyimlərini lağa qoyub.

Əvvəlcə Elgiz Samirədən obrazının adını soruşub. Meyxanaçı “qar kraliçası” obrazını canlandırdığını deyəndə isə Elgiz bununla razılaşmayıb: “Aa, siz qar kraliçasısınız? Siz “qar kraliçası”ndan çox “ifritəyə”yə oxşayırsınız”.

Elgizin atmacası bununla da bitməyib. O, Samirənin müğənni qızının obrazını da lağa qoyub. Elgizin “meşə kraliçası” obrazında proqramda qonaq olan Fərəhə reaksiyası isə viral olub: “Sən də “meşə kraliçası”ndan çox “meşə tülküsü”nə oxşayırsan”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR