"Mənim qara retro tərzində avtomobilim var. İllər əvvəl Sevda Yahyayeva məndən xahiş etdi ki, o maşınımla klip çəkdirsin. Pulunu da vermək istəyirdi, dedim “lazım deyil, elə söhbət olmaz”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “7 tamam” verilişinə açıqlamasında deyib.
Sevdaya etdiyi yaxşılığın cavabını görməyən sənətçi özündən çıxıb: “Maşını başqa insana verə bilməzdim sürməyə. Özüm getdim, deməli, gündüz saat 12:00-dan gecə saat 00:00-a qədər dayandım əsgər kimi maşının yanında. Klip çəkilib qutardı. Olmazın təşəkkürünü etdi mənə. Üstündən 6-7 ay keçdi, Sevdanın Heydər Əliyev Sarayında konserti oldu. nəvəm dedi ki, “Sevda xanım bilet verər gələcək nişanlım və anamla gedək konsertə?”. Mən də ürəklə dedim ki, bu insana kömək etmişəm. Zəng elədim Sevdaya, bildirdi ki, narahat olmayın. Dedim ki, hara desəniz adam göndərərəm bileti götürməyə. Lap lazım olsa, özüm gəlib götürərəm... Konsertə bir gün qalmış nəvəm sual verdi ki, “baba, bilet nə oldu?” Cavab verdim ki, ola bilər başı qarışıq olsun. Yenidən təkrar ona zəng eləsəm də, telefonu götürmədi".
Ziyafət Əlisoy
















