• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Bu fəlakətdir…” – Əməkdar artist

MƏDƏNİYYƏT-ŞOU

27 Noyabr 2023 | 09:18

“Bu fəlakətdir…” – Əməkdar artist

"Ayrılma, boşanma çoxdur. Fəlakətdir, qarşısını almaq lazımdır. Düşünmək lazımdır ki, bu nədir? Əvvəllər bir qızı almaq üçün bir qapıya neçə adam gedərdi".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyev “Elgizlə izlə” verilişində deyib.

Əməkdar artistin fikirlərinə dəstək olaraq proqramın aparıcısı Elgiz Əkbər də evlilik adət-ənənələlərinin unudulduğunu vurğulayıb: "Çox təəssüf edirəm ki, bir çoxları ailə məsələsinə barmaqarası baxır. Ortada dəhşətli rəqəmlər var. Fəlakətdir. Əvvəl ənənələrimiz var idi. İndi evlənmək çox asan olub. Əvvəl oğlan əsgərliyə getməli, əli çörəyə çatmalı idi. O vaxt 25 yaşda evlənmək nə idi? 28-29 yaş, qızlar universiteti bitirməliydi. İndi qız 30 yaşda ərə gedəndə nələr deyirlər. Hər şeyin vaxtı var idi. İndi evlənmək olub iki vur iki. Əvvəl qıza hədiyyələr verilirdi. Əziyyət çəkib qıza hədiyyələr gətirir. Sonra başladılar ki, bu nə adətdir. Əslində belə deyil. Bunu etməklə gətirdiyinin qiymətini bilirsən. Deyirsən, nə qədər əziyyət çəkmişəm".

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

26 Iyul 2024