"Oskar" mükafatlı "Parazit" filminin aktyoru Li Sun Kyun dünyasını dəyişib.
Bakıvaxtı.az-ın məlumatına görə, Cənubi Koreya mediası aktyorun avtomobilində ölü tapıldığını yazır.
Ölkənin Yonhap xəbər agentliyi aktyorun intihar edə biləcəyindən şübhələnildiyini yazıb.
Li Sun Kyunun yanında tüstülənən kömür bloku olub.
Liyə qarşı marixuana və psixoaktiv dərmanlardan istifadə ittihamı ilə istintaq aparılıb. Ölkə mətbuatı narkotik araşdırmasından sonra aktyorun televiziya və reklam işini itirdiyini bildirib.
48 yaşlı Linin həftə sonu 19 saat ifadə verdiyi qeyd edilir. Polisin aktyorun evində qeyd tapdığı da bildirilir.
Li Sun Kyun Cənubi Koreyaya “Oskar” qazandıran “Parazit” filmində baş rolda oynayıb.
Murad Məmmədli
















