Azərbaycanın yutub platformasında trend olan daha bir serial final qərarı alıb.
Bakıvaxtı.az türk mediasına istinadla xəbər verir ki, 28-ci bölümü ilə tamaşaçı qarşısına çıxan "Çöp adam" serialı 30-cu bölümündə izləyiciləri ilə vidalaşacaq.
Serialın bitməsinə səbəb reytinq göstəricisinin aşağı olmasıdır.
Qeyd edək ki, serialın baş rollarını Engin Altan Düzyatan və Elçin Sanqu canlandırır.
Xəyalə Rza















