"Məndə kasetlər var ki, 1992-93-cü illərdə rəhmətlik atam kənd toyunda 1 saat muğam çalıb".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri verilişlərin birinə müsahibə verən klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu deyib.
Onun sözlərinə görə, indiki klarnet ifaçıları işlərini layiqincə yerinə yetirmirlər.
"İndi təzə çıxan klarnet ifaçıları - baş aldadanlar, kənd toyu çalmırlar. Bir-iki trend mahnı çalıb baş aldadırlar",-deyə ifaçı bildirib.
H.Məhəmmədoğlu məsələ ilə bağlı sosial şəbəkədə də məlumat paylaşıb. Onun fikrincə, sözləri bəzən qınaq obyektinə çevrilir: "Mən həqiqəti söyləyirəm. Buna adım qədər əminəm. Düzgün klarnet ifaçıları 2-3 nəfərdir. Ola bilər ki, sayını bir az çox dedim. Klarnet ifaçılığı üzü uçuruma gedir. Rəngli köynək geyinib, çiyin oynadan klarnet tutanlar o vaxtlarda var idi".
Onun bu fikirləri izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Xəyalə Rza



jpg-1695993621.webp)











