Müğənni Günel Məhərrəmova maraqlı açıqlaması ilə gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, müğənni qatıldığı verilişlərin birində arzularından söz açıb.
"İlk növbədə əzizlərimin, ailəmin, balamın canı sağ olsun. Hər il keçdikcə anam yaşlaşır deyə, deyirəm, ay Allah, sənə qurban olum, anama ömür ver. Onun ömrünü uzun elə. Çox yaşasın”, - deyə G.Məhərrəmova bildirib.
Digər arzularına gəlincə, o, təzə maşın istədiyini deyib: “Maşını artıq dəyişmək lazımdır”.
“Sonra da işlərimlə bağlı gözəl proyektlərə imza atmaq arzumdur. Yeni mahnılar, yeni kliplər və s.",- deyə müğənni bildirib.
Xəyalə Rza
















