Türkiyəli məşhur müğənni Sibel Can sosial şəbəkədə paylaşımları ilə diqqət çəkib.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, sənətçi ötən gün yeni yaşına qədəm qoyub. Bu münasibətlə övladları Engin Can, Melisa Ural, Emir Aksüt "Canım anam", "Yaxşi ki, sən..." başlıqları ilə paylaşımlar ediblər.
Sözügedən cavanlıq görüntülərini müğənni özü də instaqram hesabında yayımlayıb.
53 yaşlı sənətçiyə qısa müddətdə izləyiciləri tərəfindən xeyli təbrik şərhləri yazılıb.
Qeyd edək ki, Sibel Can 1 avqust 1970-ci ildə Türkiyənin Fatih vilayətində dünyaya gəlib.
Xəyalə Rza







jpg-1693487621.webp)












