Aktrisa Hande Erçel və həmkarı Burak Dəniz yenidən bir araya gələrək, kamera qarşısına keçiblər.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hande və Burak eyni layihəyə imza atıblar.
Belə ki, illər əvvəl "Aşk laftan anlamaz" serialındakı rolları ilə dünyaya səs salan cütlük bu dəfə "Bambaşka biri" adlı serialda bir araya gəliblər.
Verilən məlumata görə, artıq sözügedən serialın çəkiliş meydançasından görüntülər tamaşaçılara təqdim olunub.
Qeyd edək ki, "Bambaşka biri"nin ilk bölümü sentyabrın 11-də yayımlanacaq
Xəyalə Rza


jpg-1693487621.jpg)

jpg-1693486939.jpg)














