• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Səhv əməliyyat dünya gözəlinin həyatını alt-üst etdi - FOTOLAR

MƏDƏNİYYƏT

04 May 2023 | 15:28 | Müəllif: Qalib İbrahimoğlu

Səhv əməliyyat dünya gözəlinin həyatını alt-üst etdi - FOTOLAR

Dünya şöhrətli hindistanlı aktrisa, model və müğənni Priyanka Çopra illər əvvəl pis icra edilən rinoplastika əməliyyatından sonra yaşadıqlarından danışıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, 2000-ci il Miss World yarışmasının qalibi olan 40 yaşlı Çopra illər əvvəl burun əməlyyatı etdirsə də, uğursuz nəticə səbəbindən depressiya yaşayıb.

Karyerasına model kimi başlayan, daha sonra kino aktrisası olan Çopra səhv əməliyyatın üzündə pis görüntü yaratdığı üçün maddi sıxıntılar da keçirib.

Plastik əməliyyatdan sonra imza atdığı üç filmdən qovulduğunu deyən Çopra aktyorluq karyerasının başlamadan bitmək üzrə olduğunu etiraf edib.

Əməliyyatdan sonra uzun müddət evdən çıxmadığını deyən məşhur aktrisa həkim olan atasının onu yenidən bıçağın altına girib burnunu düzəltdirməyə təşviq etdiyini bildirib.

Bollivud rejissoru Anil Şarmanın da əməliyyata dəstək olduğunu deyən Çopra, əməliyyatdan sonra daha əvvəl baş rol təklifi olsa da, filmdə köməkçi obraz ola biləcəyini söyləyib.

“Yarımçıq” adlı xatirə kitabında keçmişdə yaşadığı yanlış plastik əməliyyat təcrübəsini də yazan aktrisa kitabında əməliyyatın onun əhvalını pozduğunu və onu ümidsizliyə sürüklədiyini qeyd edib.

"Həmişə güzgüdən yad birinin mənə baxdığını görürdüm. Düşünürdüm ki, mənlik və ya özünə hörmət hissim heç vaxt bərpa olunmayacaq" deyən Çopra qeyd edib ki, daha sonra baxışlarını dəyişib: "Artıq güzgüyə baxanda təəccüblənmirəm. Bir az fərqli olan özümlə barışdım".

Ay Tac


Səhv əməliyyat dünya gözəlinin həyatını alt-üst etdi - FOTOLARSəhv əməliyyat dünya gözəlinin həyatını alt-üst etdi - FOTOLARSəhv əməliyyat dünya gözəlinin həyatını alt-üst etdi - FOTOLARSəhv əməliyyat dünya gözəlinin həyatını alt-üst etdi - FOTOLARSəhv əməliyyat dünya gözəlinin həyatını alt-üst etdi - FOTOLARSəhv əməliyyat dünya gözəlinin həyatını alt-üst etdi - FOTOLARSəhv əməliyyat dünya gözəlinin həyatını alt-üst etdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026