Cənubi Koreyanın müxalifət lideri prezidenti Yun Sok Yolu qeyri-legitim dövlət başçısı elan edib və vətəndaşları parlament binasına getməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, müxalifət liderinin sözlərinə görə, prezidentin hərbi vəziyyət elan etmək üçün heç bir səbəbi yox idi.
Hazırda Milli Assambleyanın girişində təhlükəsizlik qüvvələri ilə toqquşma gedir.
Cənubi Koreyanın hakim Vətəndaş Gücü Partiyasının lideri Han Donq-Huk deyib ki, hərbçilər prezident Yun Sok Yolun elan etdiyi hərbi vəziyyətə tabe olmamalıdır.