• Bakı 12° C

    6.77 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Cənubi Koreyada balıqçı qayığı qəzaya uğradı: 1 ölü, 3 itkin

DÜNYA

01 Fevral 2025 | 10:42

Cənubi Koreyada balıqçı qayığı qəzaya uğradı: 1 ölü, 3 itkin

Cənubi Koreyanın Sahil Mühafizəsi Jeju adası sahillərində 15 nəfərlik iki balıqçı qayığının pis hava şəraiti səbəbindən qəzaya uğradığını açıqlayıb.  

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, 32 tonluq və 29 tonluq qayıqlarda olan 15 nəfərdən 12-si xilas edilib.

Onlardan biri – 50 yaşlı kapitan xəstəxanaya aparılarkən həyatını itirib.

Digər xilas edilənlərin vəziyyətinin stabil olduğu bildirilir.  

3 nəfərin axtarışı davam edir.

Hər iki qayığın kapitanının Cənubi Koreyalı, ekipaj üzvlərinin isə Vyetnam və İndoneziya vətəndaşları olduğu qeyd olunub.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

17 Aprel 2025