• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Cənubi Qafqazda ən böyük İES 2025-ci ildə istifadəyə veriləcək

SİYASƏT

12 Dekabr 2023 | 12:59

Cənubi Qafqazda ən böyük İES 2025-ci ildə istifadəyə veriləcək

Mingəçevirdə "Azərbaycan" istilik elektrik stansiyasının (İES) ərazisində inşa olunan Cənubi Qafqazın ən böyük eyni tipli stansiyası 2025-ci ilin I yarısında istifadəyə veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev bildirib.

"Yeni stansiyanın tikintisi qrafikə uyğun aparılır", - deyə o qeyd edib.

Bundan başqa, B.Rzayev deyib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji mənbələrinin isə salınması üzərində işlər gedir: "Yaxın zamanlarda yeni açılışların şahidi olacaqsınız. Cəbrayılda BP şirkəti ilə birlikdə 200 mVt gücündə günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulub. İnşaat işləri başlamaq üzrədir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026