• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Prezident: Qoşulmama Hərəkatına sədrlik bizə BMT-dən sonra...

SİYASƏT

10 Yanvar 2024 | 22:16 | Müəllif: Subhan Mahmudov

Prezident: Qoşulmama Hərəkatına sədrlik bizə BMT-dən sonra...

Qoşulmama Hərəkatına sədrlik bizə BMT-dən sonra ən iri təşkilata rəhbərlik etmək kimi əvəzolunmaz təcrübə verib və doğru yolda olduğumuza dair daha böyük özünəinam yaradıb.

Bakıvaxtı.az bildirir ki, bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib.

"Hərəkatın yaranmasının təməl prinsiplərini - daha dəqiq desək, dövlətlərin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini həmişə tam dəstəkləmişik və dəstəkləyirik, həmçinin Hərəkatın təsisçilərinin 60 ildən də çox müddət əvvəl rəhbər tutduqları ideyaları bölüşürük - məhz böyük geosiyasi mərkəzlərdən uzaq durmaq və heç kimin dediyi ilə oturub-durmamaq", - deyə dövlətimizin başçısı bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026