• Bakı 17° C

    0.53 m/s

“Cənubi Qafqazda müsbət addımlar atılır” - Ərdoğan

SİYASƏT

01 Noyabr 2021 | 15:56

“Cənubi Qafqazda müsbət addımlar atılır” - Ərdoğan

G20 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşümüzdə Əfqanıstanda və Cənubi Qafqazda vəziyyəti müzakirə etdik.

Bakıvaxtı.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romadan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

O, oktyabrın 26-da Azərbaycana səfər etdiyini Fransa Prezidentinin diqqətinə çatdırdığını qeyd edib.

“Hazırda Cənubi Qafqazda müsbət addımlar atılır. Azərbaycan Prezidenti cənab İlham Əliyev qardaşımız bu müsbət addımları qətiyyətli şəkildə davam etdirmək istəyir”, - Türkiyə dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan razı olacağı təqdirdə regionda sülh platforması yaradıla bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR