• Bakı 24° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Aİ-dən Azərbaycan və Ermənistana çağırış

SİYASƏT

01 Dekabr 2021 | 00:47

Aİ-dən Azərbaycan və Ermənistana çağırış

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycanı mövcud problemlərin uzunmüddətli həlli üçün siyasi dialoqa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində təşkil olunan vətəndaş cəmiyyəti forumunda bildirib.

“Mən tamamilə əminəm ki, yalnız siyasi dialoq dayanıqlı nizamlanmaya gətirib çıxara bilər. Bu həm də Ermənistan və Azərbaycanda vətəndaş cəmiyyətinin birləşməsini, körpülərin qurulmasını və barışıq səylərinə kömək etməyi tələb edir”, - o vurğulayıb.

Şarl Mişel əlavə edib ki, Aİ öz növbəsində münaqişələrin qarşısının alınması və həllinə töhfə verməyə hazırdır. Bura etimadın yaradılması, davamlı və hərtərəfli nizamlanmanın təşviqi, o cümlədən münaqişədən sonra yenidənqurma tədbirlərinə dəstək daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026