• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BMT Baş Assambleyasının prezidenti Azərbaycana təşəkkür etdi

SİYASƏT

30 Dekabr 2021 | 18:31 | Müəllif: Qalib İbrahimoğlu

BMT Baş Assambleyasının prezidenti Azərbaycana təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyev və BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahid arasında telefon danışığı olub.

Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidentinin "Twitter" hesabında məlumat verilib.

“Azərbaycan Prezidenti İlham Əliyevlə çox yaxşı telefon söhbətimiz oldu”, - A. Şahid vurğulayıb.

O, telefon danışığı zamanı Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın rolunu və COVID-19 peyvəndlərinin ədalətli bölgüsü ilə bağlı təşəbbüslərini və Baş Assambleyada, BMT İnsan Haqları Şurasında universal peyvəndləmə ilə bağlı qətnamələrini yüksək qiymətləndirib və təşəkkürünü ifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR