• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

XİN Aİ-nin Azərbaycandakı nümayəndəsinə təşəkkür etdi

SİYASƏT

01 Dekabr 2021 | 00:13

XİN Aİ-nin Azərbaycandakı nümayəndəsinə təşəkkür etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalkoya Xızıda ötən gün baş vermis helikopter qəzası ilə bağlı başsağlığına görə təşəkkür edib.

Bakıvaxtı.az xəbər verir ki, nazirlik tviterdəki hesabında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Peter Mixalko Azərbaycana faciə ilə bağlı başsağlığı verib.

“Bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində insan tələfatı məni dərindən kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik”, - Aİ rəsmisi tviterdəki hesabında yazıb.

Qeyd edək ki, dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanıb, 14 nəfər həlak olub. Faktla bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026