• Bakı 11° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

Cənubi Qafqazda sülh prosesi başa çatan ilin ən vacib hadisəsidir - ATƏT XİN Şurası

SİYASƏT

04 Dekabr 2025 | 19:35

Cənubi Qafqazda sülh prosesi başa çatan ilin ən vacib hadisəsidir - ATƏT XİN Şurası

Vyanada dekabrın 4-də keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən bir çox iştirakçılar Azərbaycan və Ermənistan arasında sülh prosesini başa çatan ilin ən vacib hadisələrindən biri kimi qeyd ediblər.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, günün birinci yarısındakı ən diqqətçəkən çıxış Lüksemburqun xarici işlər naziri Ksavye Bettelin bəyanatı olub.

O vurğulayıb ki, sülh yolunda irəliləyiş və razılaşmalara nail olunması öz-özünə baş verən bir proses kimi qəbul edilməməlidir - bu, təqdir və dəstəyə layiq səylər tələb edir.

İclasda çıxış edən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da bu məsələyə diqqət yetirərək, baş verənləri uğur kimi dəyərləndirib.

"Biz bu ilin avqustunda Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə ikitərəfli sülh müqaviləsinin (Vaşinqtonda) paraflanmasını yüksək qiymətləndiririk. Avropa İttifaqı bundan sonra da bu prosesi bütün mümkün vasitələrlə dəstəkləyəcək", - K.Kallas bildirib.

Bolqarıstanın xarici işlər naziri Georgi Georgiyevin sözlərinə görə, Vaşinqtonda əldə olunan razılaşmalar və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı davam edən danışıqlar "hər iki tərəfin onilliklərlə davam edən münaqişəyə son qoymaq istəyini əks etdirir".

"Bolqarıstan regional sabitliyə və iqtisadi əməkdaşlığa yol açacaq münasibətlərin tam şəkildə normallaşmasını səbirsizliklə gözləyir", - o əlavə edib.

Digər xarici işlər nazirləri, o cümlədən Fransa Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək ifadə ediblər. Bildirilib ki, bu, bütün region və Avropa üçün yeni imkanlar açır.


SON XƏBƏRLƏR