• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ceyms NBA-da daha bir rekorda imza atdı

İDMAN

28 Noyabr 2023 | 11:34

Ceyms NBA-da daha bir rekorda imza atdı

ABŞ-nin "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) daha bir rekorda imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, 39 yaşlı oyunçu bunu "Filadelfiya"ya 94:138 hesabı ilə uduzduqları qarşılaşmada gerçəkləşdirib.

Həmin görüşdə 30 dəqiqə meydanda olan Ceyms əfsanəvi basketbolçu Kərim Abdul-Cabbarın 66300 dəqiqəlik uğurunu geridə qoyub.

Lebron Ceyms NBA-da ümumilikdə 66319 dəqiqə parket üzərində olub.

Təcrübəli oyunçu karyerasının ən böyük məğlubiyyəti ilə üzləşdiyi üçün bu rekordun onun üçün o qədər də vacib olmadığını vurğulayıb.

Qeyd edək ki, Lebron Ceyms daha əvvəl NBA-da 39 min xalı keçən ilk basketbolçu kimi tarixə düşüb.


SON XƏBƏRLƏR

26 Iyul 2024