• Bakı 14° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

2023-cü ilin ən yaxşı gənc futbolçusu bəlli olub

İDMAN

28 Dekabr 2023 | 09:48

2023-cü ilin ən yaxşı gənc futbolçusu bəlli olub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı gənc oyunçusunu açıqlayıb.

Bakıvaxtı.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, bu ada mövsümün əvvəlində Almaniyanın "Borussiya" (Dortmund) klubundan İspaniya "Real"ına keçən Cud Bellinqem layiq görülüb.

20 yaşlı yarımmüdafiəçi 276 xalla bütün rəqiblərini qabaqlayıb. Almaniyanın "Bavariya" klubundan Camal Musiala (120) ikinci, İspaniya "Barselona"sından Qavi (82) üçüncü olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR