Yurgen Klopp “Liverpul”dan ayrılmağa qərar verib.
Bakıvaxtı.az xəbər verir ki, bunu almaniyalı mütəxəssisin özü açıqlayıb.
56 yaşlı mütəxəssis mövsümün sonunda İngiltərə klubundan ayrılacaq. Klopp 2015-ci il oktyabrın 8-dən rəhbərlik etdiyi “Liverpul”da 10 titul qazanıb.
Qeyd edək ki, Klopp komandası ilə Çempionlar Liqası və İngiltərə Premyer Liqasını da qazanıb.















