• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Fənərbağça” son anda qalib gəldi

İDMAN

24 Fevral 2024 | 22:48

“Fənərbağça” son anda qalib gəldi

Futbol üzrə Türkiyə Superliqasında 27-ci turun oyunları davam edir.

Bakıvaxtı.az xəbər verir ki, "Fənərbağça" doğma meydanda "Kasımpaşa"ya 2:1 hesabı ilə qalib gəlib.

Hesabı qonaqların heyətində 58-ci dəqiqədə Jakson Porozo açıb. Meydan sahibləri 64-cü dəqiqədə Mərt Hakan Yandaşın vurduğu qolla hesabı bərabərləşdirib. Matçın yekun nəticəsini 90+6-cı dəqiqədə Mişi Batşuayi müəyyənləşdirib.

Qeyd edək ki, bu nəticədən sonra turnir cədvəlinə 70 xalla "Fənərbağça" rəhbərlik edir. Rəqibindən bir oyun az keçirən "Qalatasaray" isə 2-ci yerdədir.


SON XƏBƏRLƏR

26 Iyul 2024