Çin və Vyetnam iyul ayında tarixlərində ilk dəfə olaraq birgə hərbi təlimlər keçirəcəklər. Bu addım iki ölkə arasında tədricən yaxınlaşmanın və ABŞ-ın tarif siyasətindən irəli gələn ortaq ticarət çətinliklərinin fonunda baş verir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, təlimlər Quanqsi bölgəsində – Çinin Vyetnamla sərhəddə yerləşən cənub bölgəsində baş tutacaq və əsas məqsəd iki ölkə orduları arasında praktiki əməkdaşlığı gücləndirməkdir.
Qeyd edək ki, tərəflər daha əvvəl birgə dəniz patrulları həyata keçirsələr də, qarşıdan gələn bu təlimlər iki ordu arasında ilk genişmiqyaslı birgə fəaliyyət olacaq.