• Bakı 30° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

COP29-a dövlət büdcəsindən ayrılan vəsaitin həcmi açıqlanıb

COP29

26 May 2025 | 16:13

COP29-a dövlət büdcəsindən ayrılan vəsaitin həcmi açıqlanıb

Ötən il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dövlət büdcəsindən 10 milyon manat vəsait xərclənib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.

    Qeyd edilib ki, İnvestisiya Təşviqi Forumu və digər təşviqat tədbirləri üçün 4,5 milyon manat, 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu üçün 3,5 milyon manat, 11-ci Qlobal Bakı Forumu üçün 2,6 milyon manat, Xarıbülbül Beynəlxalq Musiqi Festivalı üçün 2,3 milyon manat və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 3-cü iclasının İsveçrə Konfederasiyasında keçirilməsi üçün 1 milyon manat vəsait ayrılıb.

    Digər tədbirlər üzrə büdcədən ayrılan vəsait 1 milyon manatdan az olub.

    Qeyd edək ki, 2024-cü il dövlət büdcəsindən ümumilikdə beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün 195,9 milyon manat məbləğində vəsait istifadə edilib.


    SON XƏBƏRLƏR

    29 May 2025