• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Covid peyvəndi olunanlar 1 ay sonra ürəyi yoxlasın - Əzələ iltihabı

    CƏMİYYƏT

    28 Sentyabr 2021 | 20:52 | Müəllif: Subhan Mahmudov

    Covid peyvəndi olunanlar 1 ay sonra ürəyi yoxlasın - Əzələ iltihabı

    İsraildə Covid vaksini olan insanlarda ürək əzələsi iltihabına rastlanılıb.

    Bakıvaxtı.az xəbər verir ki, rəsmilər 2020-ci ilin dekabr və may aylarında vaksinasiya olunan 5 milyondan çox insandan 275-də miyokardit yəni ürək əzələsi iltihabına rastlanıldığını açıqlayıb. Nazirliyin araşdırmasında 16 ilə 30 yaş arasındakı kişilərdə miyokarditin vaksinlə əlaqəli olduğunu deyilir. Araşdırmanın nəticəsinə görə 16-19 yaş qrupunda bu bağlantı digər yaşlara görə daha çoxdur.

    Ürək əzələsi ihtihabı rastlanılanlardan 95 faiziinin xəstəliyi yüngül keçirdiyi, xəstəxanada 4 gündən artıq qalmadıqları vurğulandı.

    Ölkədə 12-15 yaş qrupunun isə vaksinasiyası hələlik dayandırıldı.

    "Pfizer” şirkəti isə bunun vaksinlə əlaqəli olmadığını bildirib.

    Qeyd edək ki, vaksinasiyada böyük uğur əldə edən İsraildə əhalinin 55 faizi peyvənd olunub.(medicina.az)


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026