• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan hökuməti rəqəmlərlə oynamağı sevir - AÇIQLAMA

CƏMİYYƏT

28 Oktyabr 2021 | 17:20

Azərbaycan hökuməti rəqəmlərlə oynamağı sevir - AÇIQLAMA

"Azərbaycan hökumətinin ən çox sevdiyi məsələlərdən biri rəqəmlərlə oynamaqdır. Prezident son çıxışlarında, "rayonlar özləri dolandırmalıdır", deyib, hökumət də həmən "rəqəmlərlə rəqs etməyə" girişib.

Bakıvaxtı.az xəbər verir ki, bunları iqtisadçı-ekspert Natiq Cəfərli deyib:

"Bu gün səhərdən bir çox media qurumları rəsmi yayılan, "Büdcədən cəmi 14 rayona vəsait ayrılacaq, 52 rayon və şəhər dövlət büdcəsindən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək", xəbərinə münasibət istəyirlər. Bir neçəsinə açıqlama verdim, dedim burada yazım ki, əlavə suallar çıxmasın:

Azərbaycanda vergi və rüsum mərkəzləşdirilmiş yığılır (bir tək bələdiyyələrin kiçik həcmli rüsum və vergi toplamaq ixtiyarı var, amma bu ayrı mövzudur və rəqəmlər cüzidir), belə olan təqdirdə, "flan rayon özünümaliyyələşdirir", nə deməkdir?! Hardan alır vəsaiti?! Bəyəm, təhsilə, səhiyyəyə, təhlükəsizliyə, infrastruktura və s. sahələrə rayon pul qazanıb-ayırır?! Təbii ki, yox, bəs bu xəbərdir yayılıb?!

Öz fikrimi deyə bilərəm: Azərbaycan hökumətinin ən çox sevdiyi məsələlərdən biri rəqəmlərlə oynamaqdır. Prezident son çıxışlarında, "rayonlar özləri dolandırmalıdır", deyib, hökumət də həmən "rəqəmlərlə rəqs etməyə" girişib - sadəcə kağız üzərində bəzi hesablama qaydalarını dəyişiblər - vəssalam. 

Rayonların özünü dolandlrması üçün Bələdiyyə institutu güclənməli, icra hakimiyyəti ləğv edilməli, Bələdiyyələrin müstəqil büdcəsinin formalaşdırılması qaydaları müəyyən edilməli, istənilən Bələdiyyə ərazisindən toplanan vergilərin bir hissəsi onlarda qalmalıdır - məsələn, ƏDV 18%-dir, hər hansı bir Bələdiyyə ərazisindən toplanan ƏDV-nin 3%-i həmin Bələdiyyənin büdcəsinə gedir, mənfəət vergisinin 3%-i yenə Bələdiyyənin büdcəsinə daxil olur, Bələdiyyələr kommunal və nəqliyyat xidmətləri göstərib pul qazanır və s.

Belə bir sistem qurulmadan, "filan rayon özünü dolandırır" fikri mifdir, baş aldatmaqdır, söz və rəqəm oyunudur..."

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026