• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Daha 4 yük avtomobili Laçın yolundan maneəsiz keçib - VİDEO

CƏMİYYƏT

14 Yanvar 2023 | 20:04 | Müəllif: Subhan Mahmudov

Daha 4 yük avtomobili Laçın yolundan maneəsiz keçib - VİDEO

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 34-cü gündür ki, davam edir.

Bakıvaxtı.az bildirir ki, Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid 4 yük maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib.

Bununla da bu gün Laçın yolundan keçən avtomobillərin sayı 42-yə çatıb.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 31 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026