• Bakı 26° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

BDU-nun 2-ci korpusunun tələbələri hara köcürüləcək - AÇIQLAMA - YENİLƏNİB

CƏMİYYƏT

13 Fevral 2023 | 17:47

BDU-nun 2-ci korpusunun tələbələri hara köcürüləcək - AÇIQLAMA - YENİLƏNİB

"Bakı Dövlət Universitetində (BDU) infrastrukturun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində 2 saylı korpusun əsaslı təmirinə başlanılıb".

Bunu Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva deyib.

Onun sözlərinə görə, təmirlə əlaqədar 2022-2023-cü tədris ilin yaz semestrində həmin korpusda yerləşən Jurnalistika, İnformasiya və sənəd menecmenti, Şərqşünaslıq, Sosial elmlər və psixologiya fakültələrinin tələbələri dərslərinə BDU-nun əsas binası, BDU nəzdində “Gənc istedadlar” liseyi və keçmiş “Təfəkkür” Universitetinin binasında davam edəcəklər.

***

10:02

Bakı Dövlət Universitetinin 2 saylı binası təmir olunacaq.

Bu barədə universitet tələbələri tərəfindən Bakıvaxtı.az-a məlumat daxil olub.

Qeyd edək ki, 2 saylı binada yerləşən bir sıra fakültələr universitetin əsas binasına köçürüləcək.

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinə sorğu göndərilib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026