• Bakı 23° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Bakıda daha bir yaşayış binası sökülür

CƏMİYYƏT

13 Fevral 2023 | 18:09 | Müəllif: Subhan Mahmudov

Bakıda daha bir yaşayış binası sökülür

Bakının Nizami rayonunda daha bir yaşayış binasının söküntüsü aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bu, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 76 ünvanında yerləşən yaşayış binasıdır.

Həmin binadan artıq sakinlərin köçürülməsinə başlanılıb.

Bina sakinlərinin məlumata görə, tikintini aparacaq şirkətlə razılığa gəlinərək, müqavilələr bağlanıb. Sakinlərə mənzillərinin otaq sayına görə kirayəhaqqı ödənilir. Artıq bir neçə ailə kirayə mənzillərə köçürülüb. Sakinlərin sözlərinə görə, ərazidə çoxmərtəbəli bina tikiləcək və həmin binadan sakinlərə mənzillər veriləcək. Yeni mənzillərin sahəsi isə indikindən 20 faiz böyük olacaq.

Qeyd edək, ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. Artıq binalardan ikisi bir neçə ay əvvəl sökülüb. İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 binanın söküləcəyi gözlənilir./trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026