• Bakı 10° C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Daha 60 ailə Qarabağa yola salındı - FOTOLAR - YENİLƏNİB

CƏMİYYƏT

16 Fevral 2026 | 12:44

Daha 60 ailə Qarabağa yola salındı - FOTOLAR - YENİLƏNİB

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Qırmızı bazar və Hadrut qəsəbələrinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Xocavəndin Hadrut qəsəbəsi 10 ailə olmaqla 47 nəfərə, Qırmızı bazar qəsəbəsi isə 20 ailə olmaqla 91 nəfərə qucaq açıb. Qəsəbələrdə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.

***

12:42

Növbəti köç karvanı Xocalıya çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 149 nəfərdən ibarət 30 ailə köçürülüb.

***

11:38

Xocalı şəhəri, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə ümumilikdə 60 ailədən ibarət növbəti köç karvanları yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, qeyd olunan yaşayış məntəqələrinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocalı şəhərinə 30 (149 nəfər), Hadrut qəsəbəsinə 10 (47 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 20 ailənin (91 nəfər) qayıdışı təmin olunub.


SON XƏBƏRLƏR

15 Fevral 2026