• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Danışıqlar ərəfəsində Ermənistan təxribatları: Bir məsələni unutmasınlar ki…

SİYASƏT

08 Iyun 2023 | 12:21

Danışıqlar ərəfəsində Ermənistan təxribatları: Bir məsələni unutmasınlar ki…

"İlk dəfə deyil ki, Ermənistan tərəfi sülh sazişi üzrə danışıqların intensivləşdiyi vaxtda, müxtəlif tipli təxribatlar törədir, atəşkəsi pozur, mühəndis qurğularının inşa edilməsini sürətləndirir".

Bunu Bakıvaxtı.az-a Ermənistanın son günlər artan silahlı təxribatlarına münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev deyib.

Ə.Verdiyev qeyd edib ki, Ermənistan sülh sazişi danışıqlarına heç zaman hazır olmayıb - nə müharibədən əvvəl, nə də müharibədən sonra.

Onun sözlərinə görə, Ermənistan çox yaxşı anlayır ki, mövcud şəraitdə sülh sazişinin imzalanması Ermənistan üçün böyük sarsıntılar vəd edir: “Ermənistan tərəfi hər bir problemli məsələ üzrə ayrı-ayrı sənəd imzalanmasını təklif etsə də, Azərbaycan isə həm Qarabağ məsələsi ilə, həm də Zəngəzur dəhlizindən erməni silahlıların çıxarılması və s. kimi problemlərin hamısına aid vahid sənəd imzalanmasını istəyir və bunda da israr edir. Bu sənədlərin hər birinin ayrı-ayrılıqda belə Ermənistan tərəfindən imzalanması, orada siyasi böhrana gətirib çıxara bilər. Bunu Ermənistan tərəfi yaxşı anlayır. Ona görə də prosesi mümkün qədər uzatmağa və Paşinyanı seçildiyi müddətin sonuna qədər hakimiyyətdə qalmasını təmin etməyə çalışır".

Müsahibimiz onu da qeyd edib ki, siyasi rəhbərlərimiz danışıqlar prosesinə davam etməlidir. Diplomatlarımız alternativ həll variantlarını dəyərləndirməlidir. Ordumuz isə adekvat cavablar verməlidir.

"Son zamanlar bu qədər danışıqlar prosesinin intensivləşməsindən istifadə edən Ermənistan ordusunun qalıqları kifayət qədər həm sərhəddə, həm də Qarabağın konturları daxilində təxribatlara yol verirlər. Belə intensiv təxribatların törədilməsi qarşı tərəfin böyük heyət itkisi ilə nəticələnə bilər. Bunu da mütləq nəzərə alsınlar", - deyə Ədalət Verdiyev vurğulayıb.

Xəyalə Rza


SON XƏBƏRLƏR

28 Mart 2024