• Bakı 34° C

    5.15 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Danışıqlar prosesi: Brüssel, Vaşinqton və Moskvanın özünəxas maraqları var

SİYASƏT

24 May 2023 | 14:13

Danışıqlar prosesi: Brüssel, Vaşinqton və Moskvanın özünəxas maraqları var

“Brüssel, Vaşinqton və Moskvanın danışıqlar prosesində özünəxas maraqları var”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, Brüssel sülh müqaviləsinin imzalanmasına tələsir: “Avropa İttifaqı bölgədə maraqlı olduğu enerji layihələrini icra etməyə çalışır. Bu maraq da əslində Rusiyaya yönəlikdir. Çünki, sülh sazişi imzalanarsa enerji layihələri daha sürətlə həyata keçirilər ki, bu, həm də Qərbin Rusiyanın enerji tədarükündən sürətlə xilas olması deməkdir”.

Politoloq qeyd edib ki, Brüsselin kommunikasiya əlaqələri ilə bağlı mövqeyi Rusiya ilə toqquşur. Z.Qarayeva qeyd edib ki, Zəngəzur dəhlizinin açılması həm də Rusiyanın blokada vəziyyətindən çıxmasına şərait yaradır: “Vaşinqton proseslərin Bakının lehinə transformasiya olduğunu anlayır. Yetişən vəziyyətdən istifadə edərək, sadəcə pay sahibi olmaq istəyir. Coğrafi şərtlər və fokuslandığı digər problemlər nəticəsində bölgəyə təsir imkanları yox səviyyəsindədir”.

Müsahibimiz bildirib ki, Moskva isə proseslərin tam mərkəzindədir: “Rəsmi Moskva sülhməramlı missiyası adı altında proseslərə istədiyi kimi yön verməyi bacarır. Burada bir də Ermənistanın Rusiyadan asılılıq faktoru da böyük rol oynayır”.

Cavad


SON XƏBƏRLƏR

01 Avqust 2025