• Bakı C

    2.84 m/s

  • USD - 1.7

    EUR - 1.7664

    RUB - 1.6896

Daraq təmizləməyin vacib DETALLARI

CƏMİYYƏT

21 Yanvar 2025 | 09:55

Daraq təmizləməyin vacib DETALLARI

Saç baxımında istifadə olunan məhsulların və avadanlıqların təmizliyinə diqqət edilməməsi zamanla saç sağlamlığı üçün ciddi problemlərə yol aça bilər. Əksər insanın gündəlik istifadə etdiyi saç fırçaları və daraqlar, təəssüf ki, çox vaxt istifadə edildikdən sonra təmizlənmir.

Bakıvaxtı.az
xəbər verir ki, saç fırçaları yalnız saç tükünü toplamaqla kifayətlənmir, həmçinin saçlarda olan yağları və tətbiq olunan baxım məhsullarının qalıqlarını da özündə saxlayır. Bu qalıqlar zamanla saç fırçasında yığılaraq bakteriya, göbələk və digər mikrobların çoxalmasına səbəb olur. Təmizlənməyən saç fırçaları saç dərisində kəpəklənmə, qıcıqlanma və hətta infeksiyalara yol aça bilər.

Saç fırçalarının təmizlənməməsi hansı riskləri yaradır?

Mikrob və göbələk infeksiyaları: Fırçada yığılan yağlar və kimyəvi maddələr saç dərisinə təkrarən toxunaraq sağlamlıq problemlərinə səbəb olur.

Kəpəklənmə və qıcıqlanma: Təmizlənməyən fırçalar saç dərisində narahatlıqlara yol açır.

Saç baxımının təsirini azaldır: Çirkli fırçalar istifadə edilən baxım məhsullarının təsirini azaldaraq saçların sağlamlığını pozur.

Saç fırçalarının təmizliyi üçün təbii üsullardan istifadə etmək həm təsirli, həm də təhlükəsizdir. Aşağıdakı üsul ilə saç fırçalarınızı asanlıqla təmizləyə bilərsiniz:

1. Bir qaba ilıq su doldurun.
2. Üzərinə 1 stəkan ağ sirkə və 1 yemək qaşığı karbonat əlavə edin.
3. Qarışımı homojen hala gətirin və saç fırçanızı bu məhlula yerləşdirərək təmizləyin.
4. Fırçanı təmiz su ilə yaxalayın və quruması üçün havlu ilə silin və ya saçqurudan istifadə edin.

Saç baxımında yalnız məhsulların keyfiyyəti deyil, onların istifadəsindəki gigiyena da olduqca önəmlidir. Saç fırçalarını mütəmadi olaraq təmizləyərək həm saçlarınızın sağlamlığını qoruyar, həm də saç baxım məhsullarınızın təsirini artırmış olarsınız.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR