• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Müharibə zamanı seçkilər: dayandırmaq məntiqlidir - Starmer

CƏMİYYƏT

20 Fevral 2025 | 09:25

Müharibə zamanı seçkilər: dayandırmaq məntiqlidir - Starmer

"Müharibə zamanı seçkiləri dayandırmaq tamamilə məntiqlidir".

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Keir Starmer deyib.

Britaniya hökumətinin bəyanatında deyilir ki, Baş nazir Ukraynanın demokratik yolla seçilmiş lideri kimi prezident Vladimir Zelenskiyə dəstəyini ifadə edib və ölkənin İkinci Dünya Müharibəsi zamanı etdiyi kimi, müharibə dövründə seçkiləri dayandırmağın tamamilə ağlabatan olduğunu söyləyib. Eyni zamanda Böyük Britaniyanın baş naziri ABŞ-nin Ukraynada sülhə nail olmaq səylərini dəstəklədiyini bildirib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri mövzusu ABŞ və Rusiya nümayəndələrinin Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı danışıqlarından sonra yenidən güclənib. Onların ardınca Tramp bəyan edib ki, Ukraynaya seçki lazımdır.

Murad Məmmədli


SON XƏBƏRLƏR

18 Aprel 2025