• Bakı 24° C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Ən uzaq qalaktikada oksigen aşkarlandı 

CƏMİYYƏT

22 Mart 2025 | 05:50

Ən uzaq qalaktikada oksigen aşkarlandı 

Astronomlar ən uzaq məlum qalaktikada oksigen və ağır metallar aşkar ediblər.

Bu qalaktika Yerdən 13,4 milyard işıq ili uzaqlıqda yerləşir və kainatın ilk dövrlərində formalaşıb.

Bakıvaxtı.az oxu.az-a istinadla xəbər verir,  kəşf barədə məlumat "The Astrophysical Journal və Astronomy Astrophysics" jurnallarında dərc olunub.

"JADES-GS-z14-0" qalaktikası 2024-cü ilin yanvar ayında Ceyms Uebb kosmik teleskopu vasitəsilə aşkar edilib. Bu teleskop insan gözünün görə bilmədiyi infraqırmızı işıqda kainatı müşahidə edir.

"JADES-GS-z14-0" qalaktikasından çıxan işığın Yerə çatması üçün 13,4 milyard işıq ili lazımdır. Buna görə də, Uebb və digər rəsədxanalar qalaktikanın 300 milyon il öncəki halını görürlər.

Astronomlar oksigen və ağır metalların mövcudluğunu aşkar edərək heyrətə gəliblər. Bu, kainatın ilk dövrlərində qalaktikaların gözləniləndən daha sürətli formalaşdığını göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyun 2026
14 Iyun 2026