Keçən il Avropa İttifaqından Latviya üzərindən Rusiyaya təxminən iki min ton təbii kauçuk ixrac edilib.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Latviya Televiziyasının (LTV) "De facto" verilişi məlumat yayıb.
Reportajda qeyd olunub ki, Rusiyada təbii kauçuk mülki təyinatla yanaşı, hərbi sənayedə də, o cümlədən hərbi təyyarələrin istehsalında istifadə olunur.
Ukraynanın İqtisadi Təhlükəsizlik Şurasının araşdırmasına əsasən, Avropa İttifaqından Rusiyaya təbii kauçukun tədarükündə əsas marşrutlardan biri birbaşa Latviyadan keçib.
Bildirilib ki, Rusiyada bu xammal hərbi təyyarələr üçün şinlərin istehsalında da tətbiq olunur.
Gülşən Şərif
Bakı 



