• Bakı 16° C

    5.8 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Deputat narazı olduğu nazirin adını AÇIQLADI

GÜNDƏM

07 Noyabr 2025 | 12:47

Deputat narazı olduğu nazirin adını AÇIQLADI

Təəssüf ki, ünvanına danışmaq istədiyim nazirlərin heç biri bu gün burada iştirak etmir. Deyirlər: “Dəyirman bildiyini yeyər, çax-çax baş ağrıdır”. Yenə eyni mənzərə, eyni müzakirələr – Milli Məclis, noyabr ayı, büdcə iclası. Keçən ilki və əvvəlki illərin müzakirələrindən fərqlənmir.

Əgər biz buradakı fikirlərimizlə real nəticələr əldə etməyəcəyiksə, bu dediklərimiz həyata keçirilməyəcəksə, niyə toplaşırıq? Niyə danışırıq? Özümüzə görüntü yaratmaq üçünmü? Onsuz da plenar iclasda bu sözlər təkrarlanacaq. Amma bəzi məsələləri, bəzi şəxslərə burada üzünə demək lazımdır ki, nəticə çıxarsınlar.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Səyyad Aran parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

“Mən mədəniyyət nazirinin fəaliyyətindən narazıyam. Keçən il dedim ki, bir məsələni qaldıracağam, başqa heç nə deməyəcəyəm. Sözümün üstündə dururam. Dedim ki, Mərkəzi Şəhər Kitabxanası və Uşaq Kitabxanası 1927-ci ildə tikilmiş bir binada birgə fəaliyyət göstərirlər. Orada 32 nəfərlik iki kollektiv fəaliyyət göstərir, lakin sanitar qovşaqları yoxdur. İnsanlar təbii ehtiyaclarını ödəmək üçün yaxınlıqdakı evlərə müraciət edirlər. Xahiş edirlər, yalvarırlar, əziyyət çəkirlər” – deyə o bidlirib.


SON XƏBƏRLƏR

06 Noyabr 2025