• Bakı 10° C

    8.48 m/s

  • USD - 1.7

    EUR - 1.7815

    RUB - 1.6346

Deputatdan ÖZÜNƏMƏŞĞULLUQ məsələsi ilə bağlı TƏNQİD

SİYASƏT

26 Noyabr 2024 | 16:45

Deputatdan ÖZÜNƏMƏŞĞULLUQ məsələsi ilə bağlı TƏNQİD

Özünüməşğulluq proqramı ilə iki dənə inək verirlər, o da qapıdan girəndən üç gün sonra ölür.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən deputat Siyavuş Novruzov deyib. 

Deputat qeyd edib ki, şəhid ailələri və veteranlara hansı güzəştlərin verilməsi ilə bağlı çoxlu qanunlar, Prezidentin Fərmanı, icra hakimiyyətlərinin sərəncamları var. Nazirlik onların hüquq və imtiyazları ilə bağlı məlumatı portalda yerləşdirsə, şəhid ailələri və müharibə veteranları öz hüquqları barədə məlumatı ordan öyrənə bilərlər.:

"Bundan başqa, özünüməşğulluqla bağlı proqram çox yaxşıdır. Amma proqramın həyata keçirilməsi mexanizmində problemlər var. Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur. Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndçiyə iki inək verirsən, ona bir illik qarantiya da verin. Heç olmasa üç aylıq da onun yeməyini verin. Çünki kəndçi onu ehtiyacdan alır". 

Nazir Sahil Babayev isə cavabında qeyd edib ki, elektron şəkildə hər bir şəhid ailəsinə olan imtiyazlar var: 

"Bununla bağlı bukletlər də çap olunub. Təqdim olunan heyvanlarla bağlı araşdırılmamış məlumatlar verilməsin. Təqdim olunmuş heyvanlarla bağlı AQTA-nın xəstəlik sağlamlıq arayışları orda olur. Araşdırmamış heç kim heç nə deməsin".

Mina Mikayılova


SON XƏBƏRLƏR