MDB PA Şurasının katibliyi “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.
Bakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı MDB Parlamentlərarası Assambleya Şurasının katibliyi adından dərin hüznlə başsağlığı veririk. MDB PA-ya üzv ölkələrin parlamentlərinin səlahiyyətli nümayəndələrinin hamısı Azərbaycan xalqının kədərinə şərik olduqlarını, bu dəhşətli faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verdiklərini ifadə edirlər”.