• Bakı 21° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Deputatlar Putini İSTEFAYA ÇAĞIRDI

CƏMİYYƏT

12 Sentyabr 2022 | 14:50

Deputatlar Putini İSTEFAYA ÇAĞIRDI

“Moskva və Sankt-Peterburun 17 bələdiyyə dairəsinin bir qrup deputatı müraciət yayaraq Putini istefaya çağırıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib.

Ekspert qeyd edib ki, bundan əvvəl Moskvanın Lomonosov bələdiyyəsinin üzvləri Putini istefaya dəvət etmişdi: 

“Sankt-Peterburqun Smolninskoye bələdiyyəsinin üzvləri isə Dövlət Dumasına müraciət edərək Konstitusiyanın 93-cü maddəsi əsasında prezidenti vətənə xəyanətə görə vəzifədən kənarlaşdırmağı təklif etmişdilər. Bunlar hələ ki çox-çox kiçik qığılcımlardır. Amma Ukraynada məğlubiyyətlər davam etdikcə (hansı ki davam edəcək) bu qığılcımların alova çevrilməsi ehtimalı var”.

“Xüsusən Moskva və Peterburqdakı intelligensiya və orta təbəqə nümayəndələrinin xofu üzərindən ataraq ayağa qalxması sürpriz olmaz. Putinin hərbi, kəşfiyyat, siyasi və biznes elitalarının, yaxud onlardan bir qisminin konsensusu ilə hakimiyyətdən uzaqlaşdırılması ehtimalı da az deyil” – deyə, Şahin Cəfərli bildirib.

Nuranə Daxilqızı 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR