• Bakı 25° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Namiq Zeynalovdan YENİ XƏBƏR

CƏMİYYƏT

12 Oktyabr 2022 | 14:41

Namiq Zeynalovdan YENİ XƏBƏR

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsindəki hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi başlayıb.

Bakıvaxtı.az  xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclasında ittiham olunan şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib.

Müdafiə tərəfi vəsatətlərlə çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

Proses oktyabrın 25-də davam etdiriləcək.

Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan müdafiə tərəfi bəraət tələbi ilə apellyasiya şikayəti verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026