• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Kamran Əliyevdən yüksək vəzifələrə YENİ TƏYİNATLAR

CƏMİYYƏT

11 Noyabr 2022 | 14:09 | Müəllif: Subhan Mahmudov

Kamran Əliyevdən yüksək vəzifələrə YENİ TƏYİNATLAR

Prokurorluq orqanlarında yeni kadr təyinatı baş tutub.

Bakıvaxtı.az Manset.az-a istinadən bildirir ki, bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. 

Baş Prokurorun əmri ilə, Sumqayıt hərbi prokurorunun müavini, ədliyyə mayoru Nağıyev Rəşad İlyas oğlu tutduğu vəzifədən azad edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Təşkilat və İcraya nəzarət şöbəsinə prokuror təyin edilib.

Kamran Əliyevin digər əmri ilə, Bakı hərbi prokurorluğunun böyük müstəntiqi, ədliyyə mayoru Əliyev Elmir Həsən oğlu tutduğu vəzifədən azad olunaraq, Rəşad Nağıyevin yerinə təyinat alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR