• Bakı 16° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Bu rayonların qaz təchizatında problemlər yarandı

CƏMİYYƏT

10 Dekabr 2022 | 23:27 | Müəllif: Subhan Mahmudov

Bu rayonların qaz təchizatında problemlər yarandı

Ölkə ərazisində hava şəraitinin kəskin soyuması səbəbindən İmişli, Quba, Qusar, Lerik, Astara rayonları ərazisində bəzi kəndlərin qaz təchizatında fasilə yaranıb.

Bu barədə Bakıvaxtı.az-a "Azəriqaz" İB-dən bildirilib.

Qəza-bərpa xidmətinin əməkdaşları qeyd olunan rayonlara ezam olunub.

"Abonentlərin soyuq havada fasiləsiz qazla təmin olunmaları üçün Birlik bütün imkanlarını səfərbər edib. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olur, amma buna baxmayaraq qazı kəsilən 5 min abonentin probleminin həlli istiqamətində ciddi addımlar atılır", - məlumatda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR