• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ölkədə taksidən istifadə edənlərin sayında azalma

CƏMİYYƏT

09 Yanvar 2023 | 20:39 | Müəllif: Subhan Mahmudov

Ölkədə taksidən istifadə edənlərin sayında azalma

Ötən illə müqayisədə Azərbaycanda taksilərdən istifadə edən sərnişinlərin sayı 2 faiz azalıb.

Bakıvaxtı.az xəbər verir ki, 2022-ci ilin yanvar-noyabr aylarında avtomobil nəqliyyatı ilə 1 milyard 272,2 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz artım qeydə alınıb.

Sərnişinlərin 94,0 faizi avtobus, 6,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

2021-ci ilin eyni dövründə isə taksilərdən istifadə edən sərnişinlərin sayı daha çox olub. Belə ki, 2021-ci ilin yanvar-noyabr aylarında avtomobil nəqliyyatı ilə 1 milyard 6,3 milyon sərnişin daşınıb. Avtomobil nəqliyyatı üzrə sərnişinlərin 92 faizi avtobus, 8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026