• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Teymur Musayev ilə Fahrettin Koca arasında telefon danışığı olub

CƏMİYYƏT

08 Fevral 2023 | 19:04 | Müəllif: Subhan Mahmudov

Teymur Musayev ilə Fahrettin Koca arasında telefon danışığı olub

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev ilə türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, telefon danışığı zamanı Teymur Musayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirildiyini Türkiyəli həmkarının diqqətinə çatdırıb:

“Bu məqsədlə, ümumilikdə tibb müəssisələrində 2000 çarpayı ayrılmışdır. Ehtiyac olduğu təqdirdə, Azərbaycanlı tibb mütəxəssisləri yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır”.

Teymur Musayev yaralıların tezliklə sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbr diləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026