• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İndiyədək Türkiyədə 940-a yaxın avterşok qeydə alınıb

CƏMİYYƏT

08 Fevral 2023 | 17:53 | Müəllif: Qalib İbrahimoğlu

İndiyədək Türkiyədə 940-a yaxın avterşok qeydə alınıb

“Hazırkı vaxta qədər Türkiyədə 940-a yaxın avterşok qeydə alınıb”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Mərkəzin mətbuat katibi Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, Türkiyədə əsas zəlzələdən sonra avterşoklar seysmik cihazlar vasitəsilə qeydə alınıb:

“Avterşoklar indi də davam edir. Avterşoklar zəlzələ ocağı sönənə qədər davam edəcək. Heç kim zəlzələ ocağının nə qədər vaxt sönəcəyini deyə bilməz. Hazırkı vaxta qədər bizim seysmik cihaz vasitəsilə 940-a yaxın avterşok qeydə alınıb. Bunlardan 750-nin maqnitudası 3-dən, 36-nın maqnitudası 5-dən, 4-nün maqnitudası 6.5-dən böyükdür. Ola bilər ki, avterşokların içində hiss olunanı da, olmayanı da olsun”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR